“Unibank” prezidentinin oğlu qumarda 1,1 milyon dollar uddu - video+foto

“Unibank” prezidentinin oğlu qumarda 1,1 milyon dollar uddu -  video+foto
16:31 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Unibank”ın prezidenti Eldar Qəribovun oğlu, poker oyunçusu İlkin Qəribli “Poker Stars Caribbean Adventure” (“Poker ulduzlarının Karib macəraları”) poker yarışının qalibi olub.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, İlkin Qəribli dünən final oynayaraq 1 milyon 105 min 40 dollar məbləğində mükafat udub.

İlkin Qəribli finalda Co Kyuter adlı digər poker oyunçusu ilə üzləşib. Oyun iki saat davam edib. Finalı uduzan Co Kyuter ikinci yerlə və 1 milyon 50 min dollarla kifayətlənməli olub.

Co Kyuter

Bu qələbə İlkin Qəriblidən ötrü təkcə ona görə unikal təcrübə deyil ki, o, üç gün ərzində 1 milyon dollar udub. Həm də ona görə unikal təcrübədir ki, bu, onun həyatında ilk belə poker turniri idi.

İ.Qəribli buna qədər pokerlə yalnız həvəskar səviyyədə məşğul olub. Onu bu mötəbər turnirə qatılmağa dostları təşviq edib.

Qeyd edək ki, “Poker Stars Caribbean Adventure” turniri 2004-cü ildən etibarən Baham adalarında hər il keçirilir və ən mötəbər turnirlərdən hesab olunur. Baham adalarına dincəlməyə gedən İ.Qəribli də orada qüvvəsini sınamağa qərar verib.

Həmin qumar oyununun necə keçirildiyinə dair videogörüntülər də yayılıb. Onu təqdim edirik.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR