Azərbaycanda özəl şirkətin avtomobili adam öldürdü

Azərbaycanda özəl şirkətin avtomobili adam öldürdü
18:21 15 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz-Quba yolunun ikinci kilometrliyində Armudpadar kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Tərtər rayon sakini 1993-cü il təvəllüdlü Əfqan Elxan oğlu Həsənov idarə etdiyi "Ford" markalı yük avtomobili ilə Xaçmazdan Quba istiqamətinə gedərkən yolu keçmək istəyən piyadanı vurub.

Piyada Qubanın Qonaqkənd kənd sakini 1950-ci il təvəllüdlü Səhrab Mustafa oğlu Mustafayev olub. O elə hadisə yerində keçinib.

Məlumata görə, qəza törədən avtomobil özəl şirkətlərdən birinə məxsus olub.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR