"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, 43 440 ədəd qiymətli kağız ticarətə buraxılıb. Qiymətli kağızların ilkin ticarət qiyməti 1 082 manat təşkil edir.
Bundan başqa, Listinq Komitəsinin qərarı ilə "Azərkosmos" ASC-nin qiyməti kağızları BFB-də standard bazar seqmentinqə listinqə daxil edilib. Qiymətli kağızların ilkin ticarət qiyməti 20 manat təşkil edir. Bildirək ki, "Azərkosmos"un 1 850 530 ədəd qiymətli kağızının ticarətinə icazə verilib.
BFB-nin məlumatına əsasən, "Azərkosmos" ASC-nin adi sənədli səhmlərinin BFB-də standard bazar seqmentində yerləşdirilməsinə 12 maydan etibarən başlanacaq. Emissiyanın ümumi həcmi 23 610 600 manat təşkil edir. Anderrayter qismində "PSG-Broker" MMC çıxış edəcək.