Şəhidlərin meyitlərinin Xəzər dənizinə tökülməsinə imkan verilmədi (VİDEO)

Şəhidlərin meyitlərinin Xəzər dənizinə tökülməsinə imkan verilmədi (VİDEO)
23:26 15 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Rejissor Vahid Mustafayevin bu günlərdə ekrana çıxacaq “Qanlı Yanvar” filmində həm də çoxları ilk dəfə 25 il əvvəl hadisələr zamanı dənizçilərin qəhrəmanlığı ilə tanış olacaq. Həmin vaxt sovet hərbçilərinə müqavimət göstərənlərdən biri onlar olub.

ANS TV-nin məlumatına görə, 1990-cı ilin 20 yanvarında Azərbaycana hücum edən sovet ordusunun Bakıda törətdiyi qətliam haqqında dünyaya ilk xəbəri dənizçilər verib. 19-dan 20-ə keçən gecə növbədən qayıdan 124 gəmiyə Bakı Buxtasına yan almağa sovet hərbçiləri icazə vermir. Törədilən qətliamdan xəbər tutan dənizçilər mübarizəyə başlayır. İlk addım isə dünyaya SOS həyəcan siqnalının verilməsi olur. Çünki, sovet hərbiçiləri Azərbaycanın yeganə telestudiyasının enerji blokunu partlatmaqla Bakıda baş verənlərin dünya çatdırılmasının qarşısını almışdılar.

Keçmiş gəmi kapitanı Kərəm Məmmədovun sözlərinə görə, SOS həyacan siqnalını verəndən bir saat sonra siqnal Baltik, Qara və Aralıq dənizlərinə çatıb: "Sonra biz tələbnamə hazırladıq. Təlabnamədə yazılmışdı ki, sovet qoşunları Bakıdan çıxmasa, qara şəhərdə olan neft rezervlərinə od vurub yandıracağıq”.

Dənizçilərin mübarizəsi bununla bitmir. Onlar sovet ordusunun hərb maşını ilə qırdığı yüzlərlə günahsızın meyitinin izi itirmək niyyətilə Xəzər dənizinə tökülməsinin qarşısını da vaxtında alırlar.

Keçmiş “Neft-Qaz 64” gəmisinin kapitanı Rövşən Dəmirov: “Bizə xəbər gəldi ki, onlar meyitləri iki gəmidə gətirirlər. Dənizə tökəcəklər. Biz də lövbəri qaldırıb o gəmilərin qarşını kəsməyə getdik. Yarm saat ərzində bizim gəmini atəşə tutdular. Dəniz qaydalarına görə gəmi saya oturanda gəminin qırmızı işığını yandırırlar. Biz də gəmidə olan iki ədəd qırmızı işığı yandırdıq. Ondan sonra onlar bizdən aralandılar”.

O zaman gəmidə keçirilən toplantıda kapitanlar dənizçilərə xilasedici gəmilər vasitəsilə sahilə getməyi təklif etsə də, heyət üzvlərin birmənalı olaraq təklifdən imtana edib sona qədər mübarizəni davam etdirirlər.

Keçmiş “Şirvan 2” gəmisinin kapitan köməkçisi Ağalar İbrahimov: “Həmin vaxt “Sabit Orucov” adına gəmini hərbiçilər gülləboran etdilər. Hərbçilər bundan sonra gəmidə olan 22 nəfəri həbs etdilər. Onlardan 3 nəfəri gəmidə saxlanılmaqla 19 nəfər Şüvəlan təcridxanasına aparıldı. Onların içərisində mən də var idim”.

Həmin hadisələr zamanı sovet ordusu ilə mübarizə aparanlarla yanaşı qəhrəman dənizçilərimizin göstərdiyi şücaətlərdə kinorejissor Vahid Müstafayevin ssenarisi əsasında çəkilinə “Qanlı Yanvar” filmində əksini tapıb.

Qətliamın ən xırda detallarının belə unudulmadığı film yanvarın 20-də bütün ölkə ərazisində ümumxalq nümayişinə çıxarılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR