Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Liberiyada "Ebola" virusu epidemiyasının sona çatdığını bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu haqda "İnterfaks" agentliyi xəbər verib.

ÜST-nin sənədində qeyd olunur ki, aşkar edilən sonuncu virus yayılması faktından 6 həftə ötüb.

Qeyd edək ki, "Ebola" virusu nəticəsində Qərbi Afrika ölkələrində 4,7 min nəfərdən çox insan həyatını itirib.
Mənbə
ANS PRESS