Tokio, 10 may, AZƏRTAC
Yaponiya, Braziliya, Almaniya və Hindistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının islahatları ilə bağlı layihə hazırlayıblar.
Bu barədə Yaponiya kütləvi-informasiya vasitələrinin yaydığı məlumatda qeyd edilir ki, layihə Təhlükəsizlik Şurası üzvlərinin sayının Afrika qitəsi ölkələri hesabına artırılmasını nəzərdə tutur. BMT-nin yaradılmasının 70-ci ildönümünün tamam olduğu cari ildə bu dörd ölkə Təhlükəsizlik Şurasında daimi üzvlük statusu əldə etmək cəhdlərini daha da gücləndirməyə başlayıblar.
Islahatlar layihəsində Təhlükəsizlik Şurası üzvlərinin sayının beş dövlətdən on bir dövlətə çatdırılması təklif olunur. Layihəni hazırlamış bu dörd dövlət Şuranın qeyri-daimi üzvlərinin də sayını ondan on dördə və ya on beşədək artırmağı təklif edirlər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio