Nə Emil, nə Eddi, nə Ruslan...

Nə Emil, nə Eddi, nə Ruslan...
12:12 10 May 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin çıxış etdiyi "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda "Hoffenhaym"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emil bu görüşün iştirakçısı olmayıb. "Ayntraxt" hazırda 39 xalla 10-cu pillədə qərarlaşıb.

İspaniya La Liqasında 36-cı turun oyunları baş tutub. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun forma geyindiyi "Qranada" da növbəti matçına çıxıb.

Komanda doğma meydanda "Kordoba" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov zədəli olduğuna görə bu dəfə də oynamaq şansı qazanmayıb. "Qranada" hazırda 31 xalla 18-ci pillədə qərarlaşıb.

Xorvatiya çempionatında isə 33-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" doğma meydanda "Osiyek"lə qarşılaşıb. 

Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ruslan bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz ehtiyatda qalıb. "Hayduk" hazırda 46 xalla 3-cü pillədə qərarlaşıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-n-emil-n-eddi-n-ruslan-t40653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR