Ümummilli Liderin doğum günü Həştərxanda qeyd edilib

14:23 10 May 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC
Rusiya Federasiyasının Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Həştərxan vilayətinin və şəhər rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin həmçinin, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlar təşkilatlarının nümayəndələri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
İştirakçılar Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə keçirilən mərasimdə xalqımızın ümummilli liderinin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan söhbət açılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_Liderin_dogum_gunu_Hesterxanda_qeyd_edilib-853918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR