Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunin növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, "Daha bir nağıl" devizi ilə yayımlanan proqramın ilk günü maraqlı anlarla, mübahisələrlə yadda qalıb.

Maşın ətrafına toplaşan sənət aləminin tanınmış 18 siması şounun ilk günü müğənni Niyam Salaminin şəklini ataraq, onu yarışmadan uzaqlaşdırmaq istəyib.

N.Salami 68,97 faiz səs toplayaraq layihədə qalma şansı qazanıb. Amma o, sonda heç bir həmkarını yarışmadan uzaqlaşdırmayacağını, özünün oyunu tərk edəcəyini bildirib.

Şounun iştirakçıları xalq artisti Aygün Kazımova, əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Rəhim Rəhimli, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ANS-də yayımlanır.