Danışıqlar çərçivəsində dünya şərabçılıq sənayesinin uğurlarından, Sankt-Peterburq Somelyelər Assosiasiyasının apardığı fəaliyyətdən, Azərbaycanda bu qədim ənənənin dirçəlişindən və bu istiqamətdə nəzərdə tutulan müştərək işlər haqqında müzakirələr aparılmışdırlar.
Eyni zamanda ölkədə Somelye (fr. Sommelier) və Kavist (fr. Caviste) mütəxəssislərinin hazırlanması, şərab turlarının təşkili, ekspress-treninqlərin və master-klassların keçirilməsi, Azərbaycan şərablarının xarici bazarlarda təbliğatı və tanıdılması kimi mövzulara da toxunulmuş və bu istiqamətdə bir sıra tədbirlərin görülməsi nəzərə alınmışdırlar.


