Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunin növbəti buraxılışı qalmaqallı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, "Daha bir nağıl" devizi ilə yayımlanan proqramda iştirakçılar əməkdar artist Mehriban Xanlarovanı yarışmadan uzaqlaşdırmaq istəyib.

Aktrisa ilə mübahisə edən müğənni Kərim Abbasov əlini maşından götürərək, yarışmanı tərk etdiyini bildirib.

M.Xanlarova 77,6 faiz səs toplayaraq layihədə qalma şansı qazanıb. O, sonda xalq artisti Aygün Kazımovanı şoudan uzaqlaşdırıb. Aktrisa ifaçını saxtakarlıqda günahlandırıb:

"Aygün Kazımovanın burada yaxşı taktikası var. Bunu da mən tutmuşam. O, yaxşı oyunçu deyil. Bura gələndə dedim ki, Aygün xanım bizim evin sevimli sənətkarıdır. Amma onun saxta gülüşlərini gördüm. Mən istəmirəm ki, iştirakçılar sabah, bürügün Aygün xanımın qurbanı olsun".

Bunu görən digər iştirakçı müğənni Rəhim Rəhimli də əlini maşından çəkərək, oyunu tərk edib.

Şounun iştirakçıları əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ANS-də yayımlanır.