​Yəməndə humanitar atəşkəs qüvvəyə minib

​Yəməndə humanitar atəşkəs qüvvəyə minib
05:52 12 May 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Yəməndəki hərbi münaqişə tərəfləri beş gün atəşkəs rejiminə riayət edəcəklərinə dair vəd veriblər.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndələrinin məlumatında bildirilir.
Məlumata görə, tam riayət olunacağı təqdirdə atəşkəsin müddəti uzadıla bilər.
Atəşkəs Bakı vaxtı ilə 12 may 01.00-da qüvvəyə minib. Səudiyyə Ərəbistanı diplomatları qeyd ediblər ki, atəşkəs yalnız üsyançı husilərin ona riayət edəcəkləri təqdirdə saxlanılacaq.
Eyni zamanda husilər atəkəsə əməl etmək niyyətində olduqlarını ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemende-humanitar-ateskes-quvveye-minib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR