“Radio Sarajevo” Bakıda təşkil olunmuş Gül bayramından bəhs edib

“Radio Sarajevo” Bakıda təşkil olunmuş Gül bayramından bəhs edib
07:53 12 May 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Sarayevo, 12 may, AZƏRTAC
Bosniya və Herseqovinanın “Radio Sarajevo” radio kanalının saytında Azərbaycanda təşkil olunmuş Gül bayramı ilə bağlı məqalə yerləşdirilib.
Yazıda bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakıda ənənəvi Gül bayramı təşkil edilib. Milyonlarla çiçəkdən ibarət maraqlı kompozisiyalarla bəzədilmiş Heydər Əliyev Sarayının qarşısındakı park gül bağçasını xatırladır.
Məqalədə deyilir: “Azərbaycanda Gül bayramı artıq ənənə halını alıb. Bu bayram münasibətilə dünyanın müxtəlif ölkələrindən milyonlarla çiçək növü Bakıya gətirilib və onlardan möhtəşəm sənət əsərləri yaradılıb. Xüsusilə bayram günü paytaxt sakinləri, turistlər və bu şəhərdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri parka gələrək bu gözəl mənzərəni heyranlıqla izləyirlər. Təxminən bir aydan sonra Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına həsr olunan guşələr də xüsusi maraq doğurur”

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Radio_Sarajevo_Bakida_teskil_olunmus_Gul_bayramindan_behs_edib-854163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR