QALMAQAL: Murad Dadaşov bu gün sensasion açıqlama verəcək (VİDEO)

QALMAQAL: Murad Dadaşov bu gün sensasion açıqlama verəcək (VİDEO)
11:51 12 May 2015
261 Şou
Ölkə mətbuatı
A- A+

ANS-də yayımlanan Azərbaycanın ən maraqlı realiti-şousu “Maşın”da gərginlik davam edir.

ANS PRESS-in məlumatına görə, xalq artisti Aygün Kazımova və əməkdar artist Mehriban Xanlarova arasında mübarizə qalmaqalla nəticələnib.

"Mən xalq artistiyəm" deyən Aygün xanım, Xanlarovanın kəskin cavabı ilə üzləşib: "Mən də əməkdar artistəm, amma bəlkə də sizdən artıq sözümü demişəm".

Sənətçilər arasında gərginliyin daha da artdığını görən əməkdar artist Murad Dadaşov, Mehriban Xanlarovaya üz tutaraq insanları yaxşı tanımadığını deyib: "Mən bilirəm ki, burada bir iştirakçı var, demək olar ki, bu günün bütün ssenarini o yazıb. O şəxs digər iştirakçıları Aygün və Günelə qarşı qruplaşdırıb. Mehriban xanım, sizi də o insan öyrədir, niyə adını açıqlamaq istəmirsiz? Həmin adam özü öz adını açıqlamasa, mən onun adını sabah açıqlayacam. O şəxs bu gün sizi qabağa verdi və sizin səs toplamaq üçün çıxmanızı istədi. Əslində onlar sizin "Maşın"dan getməyinizi istəyirdilər. Mənə çatan məlumata görə, sizin şəklinizi atanlar sizin səs toplamağacağınıza əmin idilər. Yəni, onlar sizi öyrədib qabağa verdilər və siz də aldandız".

Maşın ətrafına toplaşan sənət aləminin tanınmış 17 siması şounun növbəti günündə əməkdar artist Mehriban Xanlarovanın şəklini ataraq, onu seçim qarşısında qoyublar.

Mehriban Xanlarova ilə xalq artisti Aygün Kazımova arasında yaşanan gərginlik getdikdə artıb. Aygün Kazımova öz pərəstişkarlarından Mehribanın getməsi üçün səs verməyi xahiş edib. İştirakçılar arasında gərginlik bir az da artıb. Vəziyyət o yerə çatıb ki, Xanlarova özünün oyundan getməsi üçün səs istəyib. Lakin Mehriban Xanlarova 77,68 faiz səs toplayaraq layihədə qalma şansı qazanıb və xalq artisti Aygün Kazımovanı oyundan kənarlaşdırıb.



Aygün Kazımovanın gedişinə etiraz olaraq müğənni Rəhim Rəhimli də əlini maşından çəkərək getməyə qərar verib. Rəhimdən qabaq isə Kərim Abbasov Mehriban Xanlarova ilə mübahisə edərək mübarizəni yarımçıq tərk etmişdi.

"Daha bir nağıl" devizi ilə yayımlanan proqramın bu günü maraqlı anlarla yadda qalıb. Veriliş hər axşam saat 22:00-da ANS-də yayımlanır.

Şounun iştirakçıları əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyevdir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=343888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR