Milli Aviasiya Akademiyasında “Hüquqşünaslıq” İxtisası üzrə təhsil alan tələbələr məzun gününü qeyd etdilər

15:28 12 May 2015
226 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, Ramiz Quliyev, AZƏRTAC
Mayın 12-də Milli Aviasiya Akademiyasında “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrin məzun gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademiyanın həyətində ucalmış müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydular.
Sonra tədbir “Hüquqşünaslıq” ixtisası üzrə məzun olmuş 1331a qrup tələbələrinin, müəllimlərin və valideynlərin iştirakı ilə davam etdirildi.
Akademiyanın ictimai işlər üzrə prorektoru Şəmsəddin Axundov məzunlara ali təhsil müəssisəsinin rektoru, akademik Arif Paşayevin təbriklərini çatdırdı. Bildirdi ki, bu ali təhsil ocağına yüksək balla daxil olan tələbələr burada oxuduğu illərdə böyük mütəxəssislərdən dərs alıb, yüksək bilik və təcrübə əldə ediblər.
Gələcəyin hüquqşünasları olan indiki məzunlar da onlara dərs deyən müəllimlərin, eləcə də valideynlərinin əməyini itirməməli, harada çalışmaqlarından asılı olmayaraq, akademiyanın nüfuzunu uca tutmalıdırlar.
Ş. Axundov tədbir iştirakçılarına həmçinin akademik Arif Paşayevin rəhbərliyi ilə ali təhsil müəssisəsində görülmüş işlərdən, dünya standartları səviyyəsində şəhərciyin salınması ilə bağlı gərgin əməyindən söz açdı. Vurğuladı ki, akademiyada müntəzəm şəkildə aparılan islahatlar nəticəsində tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib.
“Hüquqşünaslıq” kafedrasının müdiri İbrahim Quliyev məzunların yüksək ixtisaslı kadrlar kimi həyata vəsiqə almasını mühüm hadisə kimi dəyərləndirdi.
Qeyd etdi ki, hüquqşünas peşəsinin sahibləri olan insanlar bu məsuliyyəti dərk etməli, yüksək vicdan hissinə malik olmalıdırlar.
Sonda 1331a qrupunun təhsil müddətində fəaliyyətlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Aviasiya_Akademiyasinda_Huquqsunasliq_Ixtisasi_uzre_tehsil_alan_telebeler_mezun_gununu_qeyd_etdiler-854264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR