Tehran, 13 may, AZƏRTAC
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgəri mayın 12-də Bakıya səfər edib.
Səfərin məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində tərəflər arasında imzalanmış sənədlər və razılaşmalar barədə müzakirələr aparılacaq. Bunlardan biri Azərbaycanla İran arasında müştərək teleradio komitəsinin yaradılmasına dair imzalanmış əməkdaşlıq sənədidir. Sənədə əsasən, müştərək teleradio komitəsinin yaradılması üçün işçi qrupu fəaliyyət göstərəcək. İşçi qrup müştərək teleradio komitəsinin yaradılması və onun işə başlamasına dair sazişi hazırlayacaq. Daha sonra saziş ölkə rəsmiləri tərəfindən imzalanacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran