Teleməkanın ən reytinqli şousu "Maşın" realiti-şousunun aparıcısı “Şou-Biz” proqramına yarışmada barədə açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, layihənin ən səs-küylü iştirakçılarını seçib yenidən bir araya gətirən əməkdar artist, layihənin aparıcısı Murad Dadaşov yarışmada kimə azarkeşlik etməsi barədə verilən sualı özünəməxsus şəkildə cavablandırıb.

““Maşın” realiti-şousu yaranandan bu günə kimi mənim ən böyük azarkeşim, azarkeşliyim etdiyim ən böyük şəxs Azərbaycan tamaşaçısıdır ki, bizə baxır. Mən şouya 20 dəqiqə qalmış çəkiliş pavilyonuna gəlirəm və çalışıram ki, heç bir məlumatdan, gedişatdan ümumiyyətlə xəbərim olmasın”, – deyə teleaparıcı bildirib.

Hazırda şounun iştirakçıları əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ANS-də yayımlanır.

Mənbə
ANS PRESS