[ 16 Yanvar 2015 13:26 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cibgirlikdə təqsirləndirilən Urşan Əzizov və Elnur Süleymanovun məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Belçika vətəndaşı Filip Raul Jozef Qışlan Koletin cibindən pul qabını oğurlayaraq qaçıblar.