Bakı, 13 may, AZƏRTAC
Amrahbank CONTACT ilə təcili pul köçürmə sistemininin tətbiqinə başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, MDB və digər ölkələrə pul köçürmə imkanları, rəsmiləşdirmənin sadəliyi, aşağı komissiya xərcləri CONTACT təcili pul köçürmələri sisteminin üstünlüklərindəndir.
CONTACT təcili pul köçürmələri xidmətindən Amrahbankın bütün filiallarında faydalanmaq mümkündür. Bundan başqa, bankda Western Union, Zolotaya Korona, Blizko, Monex, Caspian Money Transfer sistemləri ilə həm yerli, həm də beynəlxalq pul köçürmələrinin xidmətlərindən də istifadə etmək olar.