[ 13 May 2015 18:37 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 mlrd. 368 mln. manatdan çox vəsait daxil olub, proqnoz tapşırığına 101,7% əməl edilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 mlrd. 549 mln. 37,2 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çoxdur.

Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 65,4% təşkil edir.