Zəifləmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir. Yazda xüsusən allergik xəstəliklər də kəskinləşir. Bu xəstəlikləri olan insanlar, əvvəlcədən həkimlə məsləhətləşməli və lazım olan müalicəni almalıdırlar. Həmçinin, bu fəsildə xroniki mədə-bağırsaq sistemi xəstəlikləri də geniş füsət alır. Mütəxəssislər bu cür xroniki xəstəlik daşıyıcalarına daim həkim nəzarəti altında qalmalarını tövsiyyə edir.
Bu dövrlərdə həkimlər yaxşı qidalanmağı, tez-tez açıq havada olmağı məsləhət görürlər.
Mənbə
ANS-TV-Anar Qafarov