ANS TV-də "Daha bir nağıl" devizi ilə yayımlanan "Maşın" realiti-şousunun növbəti buraxılışı da yaddaqalan olub.

ANS PRESS-in məlumatına görə, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu proqramda iştirakçılar bu dəfə müğənni Abbas Bağırovu sms səsverməsinə çıxarıblar.

Abbas ilk dəqiqələrdən həmkarı Günel Ələkbərovanı uzaqlaşdıracağını deyərək açıq oyun oynayıb. Sonda 63.85% səs yığan A.Bağırov G.Ələkbərovanı şoudan uzaqlaşdırmadan əvvəl heç kimin əlini götürüb getməyini qəbul etməyəcəyini bildirib. Şounun aparıcısı M.Dadaşov da onun sözünə dəstək olub: “Bəli, Rəhim Rəhimli bunun canlı sübutudur. Xahiş edirəm, Remboluq eləməyək burda.”

Hazırda şouda iştirakını davam etdirənlər isə əməkdar artistlər A.Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Hüseynov, E.Bədəlov, ABD Malik Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ANS TV-də yayımlanır.

Mənbə
ANS PRESS