“Report” xəbər verir ki, çempionluq uğrunda Parisdə təşkil olunan final oyununda Serbiya millisi Sloveniya yığması ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda serbiyalı voleybolçular 3:1( 19:25, 25:16, 25:18, 25:19) hesabı ilə qalib gələrək qitənin ən güclüsü adını qazanıblar.
Bürünc medal uğrunda görüşdə isə Fransa millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.