Müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb

Müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb
13:37 30 Sentyabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə bildirilib ki, prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib.

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/educations/790309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR