Fuad Musayev "Maşın"dan getdi

Fuad Musayev "Maşın"dan getdi
09:52 4 Oktyabr 2019
194 Şou
Ölkə mətbuatı
A- A+

"Maşın" realiti-şousunun 18-ci buraxılışında ikinci səsvermə baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Fuad Musayev olub.

Oyunda qalmaq üçün mübarizə aparan sənətçi iştirakçılar arasında fərq qoymayacağını bildirib.

O, oyunda qalacağı təqdirdə Ayan Babakişiyevanı çıxaracağını bildirib. Musayev şouda qruplaşma olduğunu və  müğənninin qruplaşmanın başında dayandığını deyib.

Ayan isə öz növbəsində bundan xəbəri olmadığını deyib. O, güclü qadınlardan səs istədiyini söyləyib.

Veriliş boyunca iştirakçılar arasında söz savaşı yaşanıb.

Nəticədə 16,92 faiz səslə Fuad Musayev şoudan uzaqlaşıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov, reper Qurd davam etdirir.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/791472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR