Bakıda qadının boynundan boyunbağı aparan şəxs saxlanılıb

Bakıda qadının boynundan boyunbağı aparan şəxs saxlanılıb
17:36 9 Oktyabr 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda qadının boynundan boyunbağı aparan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3130458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR