“Bəhreyn Milli Stadionu”nda Azərbaycan milli komandasının Bəhreyn komandasına 3:2 hesabı ilə qələbə qazandığı oyundan əvvəl stadionda Bəhreyn Futbol Assosiasiyasının və AFFA-nın nümayəndələri arasında görüş keçirilib.
"Report" AFFA-ya istinadən xəbər verir ki, görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib.
Hər iki milli assosiasiya arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.