İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı

İrandan piyada gələn şəxsin ayaqqabısında narkotik tapıldı
14:55 10 Oktyabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayaqqabısının hər iki tayının içərisində bağlama və bükümlər müəyyən edilib. Baxış zamanı 2 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 52 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 4 qram olan ağ kristal şəkilli psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3131055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR