GUAM ölkələrinin konsulluq xidmətləri rəhbərlərinin Tbilisidə görüşü keçirilib

GUAM ölkələrinin konsulluq xidmətləri rəhbərlərinin Tbilisidə görüşü keçirilib
19:37 10 Oktyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Xarici İşlər Nazirliyində GUAM-a üzv ölkələrin konsulluq xidmətləri rəhbərlərinin görüşü keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə konsulluq sahəsində texnoloji yeniliklər, həmçinin normativ-hüquqi bazada dəyişikliklər müzakirə olunub.
Görüşdə GUAM-a üzv ölkələrin işğal altında olan ərazilərinə xarici ölkə vətəndaşlarının qanunsuz səfərlərinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər də nəzərdən keçirilib.
Görüş iştirakçıları təhlükəsiz səfər təcrübəsinin tətbiqi, GUAM ölkələri arasında miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. 



Xəbərin orijinal ünvanı: https://report.az/region/guam-olkelerinin-konsulluq-xidmetleri-rehberlerinin-tbiliside-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR