Lazımdırsa, həmin mesajı göstərərəm -

"Maşın” şounun iştirakçısı, aparıcı Lalə Mustafayeva müğənni Türkan Vəlizadənin onu hədələdiyini iddia edib.

Metbuat.az xəbər verir ki, ifaçı onu şoudan yola salacağını yazıb:

“Türkan xanım hər yerdə videolar paylaşır. İnstaqram hesabımda hədə-qorxu dolu mesajlar yazır. İnanın mənə. Mənə deyir ki, sən orada qalmayacaqsan, buna imkan verməyəcəm. Lazımdırsa, həmin mesajı göstərərəm”.

Qeyd edək ki, L.Mustafayeva ilk səsverməyə çıxan zaman Türkan onun qalmasına səs istəsə də, onu şoudan uzaqlaşdırıb. Müğənni onun qərarından şoka düşüb.

(axşam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR