Bolqarıstan hökuməti ölkənin Futbol İttifaqına ultimatum verib

Bolqarıstan hökuməti ölkənin Futbol İttifaqına ultimatum verib
12:17 15 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Hökumət Bolqarıstan Futbol İttifaqına ultimatum verib
Bolqarıstan hökuməti Bolqarıstan Futbol İttifaqına ultimatum verib.
“Report” “Kanal 3”ə istinadən xəbər verir ki, ölkənin gənclər və idman naziri Krasen Kralyov təşkil olunan brifinqdə qurumun prezidenti Borislav Mixaylovun istefasını tələb edib. Buna səbəb Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsində evdə İngiltərə yığmasına 0:6 hesabı ilə uduzduğu görüşdə yerli azarkeşlərin irqçi davranışlara yol vermələridir.
Kralyovun sözlərinə görə, bununa bağlı ölkənin baş naziri Boyko Borisov göstəriş verib: “Dünənki hadisələri nəzərə alaraq, baş nazir Boyko Borisov Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylovun istefasına qədər qurumla əlaqələri, o cümlədən maliyyəni dayandırmağı əmr etdi. Mixaylovun istefasını təkcə dünənki hadisələrə görə deyil, Bolqarıstan futbolunun hazırkı vəziyyətinə görə istəyirik. Artıq dövlət bu cür davranışlara göz yuma bilməz”.
Qeyd edək ki, FIFA-nın Nizamnaməsinə əsasən, hökumət milli assosiasiyanın işlərinə müdaxilə edə bilməz. Bolqarıstan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 7 oyundan 3 xal toplamaqla sonuncu yerdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bolqaristan-hokumeti-olkenin-futbol-i-ttifaqina-ultimatum-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR