Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı saxlanıldı

Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı saxlanıldı
14:12 15 Oktyabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Bu zaman əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 10 ədəd "Samsung Galaxy Note 10" markalı mobil telefon və 2 ədəd qulaqlıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/794395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR