Kombaynla xətti qırdılar - Qaz kəsildi (FOTO)

Kombaynla xətti qırdılar - Qaz kəsildi (FOTO)
16:36 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Tərtərin Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, belə ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər.

Hadisə zamanı kəmərdə qaz sızması baş verib. Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3133640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR