Bakı, 14 May, AZƏRTAC
İsveçrənin Bern Universitetinin alimlərin “toyuq korluğu” kimi tanınan hemeralopiya xəstəliyinin qarşısını almaq üçün yeni üsullara əl atırlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sınaqlar siçanlar üzərində aparılıb. Tədqiqatçı Sonja Kleinlogela siçanları protein ilə təmin etməklə ölü hüceyrələri yeniləməyə nail olub. Gözdə qaranlıqda görməni təmin edən hüceyrələrin sıradan çıxması nəticəsində yaranan bu xəstəliyin müalicəsi üçün A vitaminin qəbul olunması zəruridir. S.Kleinlogela sınaqların insanlar üzərində iki-üç il ərzində tətbiq oluna biləcəyini qeyd edib.
Dünya alimləri uzun müddətdir ki, hemeralopiya xəstəliyinin qarşısını almaq üçün tədqiqatlar aparırlar. Yer üzündə bir çox insan bu xəstəlikdən əziyyət çəkir.