Nepal və Çin Everest zirvəsinin hündürlüyünü yenidən ölçmək barədə razılığa gəlib

Nepal və Çin Everest zirvəsinin hündürlüyünü yenidən ölçmək barədə razılığa gəlib
09:05 16 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Nepal və Çinin hakimiyyət orqanları iki ölkənin sərhədində yerləşən və dünyanın ən uca nöqtəsi olan (8848 metr) Everest zirvəsinin hündürlüyünün yenidən ölçülməsi barədə razılığa gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, razılaşma ÇXR sədri Si Cinpinin oktyabrın 12-13-də Nepala səfəri zamanı əldə olunub. Everestin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranıb.

2017-ci ildə Hindistan da Everestin hündürlüyünün ölçülməsi üçün Nepal hakimiyyətinə öz yardımını təklif etmişdi.

Xatırladaq ki, 2015-ci il aprelin 25-də Nepalda 7,9 bal gücündə dağıdıcı zəlzələ, ardınca isə afterşoklar seriyası baş vermişdi. İki həftə sonra ölkədə 7,3 bal gücündə daha bir zəlzələ qeydə alınmışdı. Hər iki təbii fəlakət nəticəsində təxminən 9 min insan həlak olmuş, 22 min nəfər isə xəsarət almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR