Dehlidən Moskvaya uçan "Aeroflot"un təyyarəsi Daşkənddə təcili eniş etdi

Dehlidən Moskvaya uçan "Aeroflot"un təyyarəsi Daşkənddə təcili eniş etdi
12:32 16 Oktyabr 2019
86 Dünya
Ölkə mətbuatı
A- A+

Dehli-Moskva reysi ilə uçan Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "А-330" sərnişin təyyarəsi Özbəkistanın paytaxtı Daşkənddə İslam Kərimov adına aeroportda təcili planlaşdırılmamış eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, faktı hava şirkətindən təsdiq ediblər.

Hava gəmisinin heyəti belə bir qərarı təyyarədəki sərnişinlərdn birinin özünü pis hiss etməsi ilə əlaqədar qəbul edib.

Şirkətdən qeyd ediblər ki, həmin sərnişinin xəstəxanaya yerləşdirilməsi məsələsi həll olunur. Sərnişinlərin yaxın saatlarda reysi davam etdirəcəkləri qeyd edilir.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR