İllərdir axtardığı bacısı qapı qonşusu çıxdı -

Amerikanın Viskonsin əyalətində illərdir bir-birini axtaran iki bacı qapı qonşu olduqlarını öyrəniblər.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, hələ körpə olarkən qardaşı ilə birlikdə övladlıq verilən 31 yaşlı Hillari Haris Viskonsin əyalətinin Elm Vuud qəsəbəsində böyüyüb. 2005-ci ildə universitet oxumaq üçün Eau Klarie qəsəbəsinə köçüb. Üç il sonra həyat yoldaşı ilə tanış olub. 2011-ci ildə isə hazırda yaşadıqları evi satın alıblar.

2012-ci ildə övladlığa götürmə qurumuna gedərək bioloji valideynlərinin adını tapıb. Daha sonra atası Ueyn Kloseunun 2010-cu ildə öldüyünü öyrənib. Atasının ölümü ilə bağlı bir yerli qəzetdə çıxan xəbərdə Clousun başqa qadından iki bacısı olduğunu öyrəndikdə bacılarını axtarmağa başlayıb.

"Google" və "Facebook"da minlərlə insan arasında apardığı axtarış nəticəsiz qalıb. Keçən il eyni qaraj yolunu paylaşdıqlarıyan evə bir cütlük köçüb. Kamazdan endirilən dam örtüklərinin üzərində "Daun Conson" yazılmışdı.

Həyat yoldaşının israrı ilə atasının adını soruşmaq üçün qonşusunun qapısını döyüb. Qarşısına özü kimi qıvırcıq saçlı, böyük əlli bir qadın çıxıb. Amma sualını vermədən geri dönüb. Həmin gecə bacısının mobil telefonuna mesaj göndərib və atasının adını soruşub.

O, daha sonra digər bacısı Renee Dierici tapıb. Daun Conson isə "Nəhayət ki, bir-birimizi tapdıq. Günümüzdə qonşularımızı belə tanımırıq. Onlara diqqətlə baxın. Bəlkə də bacı-qardaşınız ola bilər" sözlərini deyib.

Ağızları açık bırakan olay! Yıllardır aradığı ablası kapı komşusu çıktı

Ağızları açık bırakan olay! Yıllardır aradığı ablası kapı komşusu çıktı

Ağızları açık bırakan olay! Yıllardır aradığı ablası kapı komşusu çıktı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı