28 yaşlı qadın 11 yaşlı oğlandan hamilə qaldı, uşaq doğdu - FOTO

28 yaşlı qadın 11 yaşlı oğlandan hamilə qaldı, uşaq doğdu - FOTO
10:57 19 Oktyabr 2019
167 Dünya
Ölkə mətbuatı
A- A+

Dayəlik etdiyi 11 yaşlı oğlandan hamilə qalıb, onun övladını dünyaya gətirən qadına hökm oxunub.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında 11 yaşlı oğlanla cinsi əlaqədə olaraq ondan hamilə qalıb, uşaq dünyaya gətirən 28 yaşlı dayə 20 il müddətinə azadlıqdan məhrum edilib. Marissa Mowry adlı qadın ötən gün cəzaçəkmə müəssisəsinə göndərilib.

Qadının pedofilliyi 3 il sonra üzə çıxıb. Belə ki, 3 il müddətinə uşağa qarşı seksual xarakterli hərəkətlər edən qadının əxlaqsızlığı azyaşlının bu barədə anasına xəbərdarlıq etməsindən sonra məlum olub. Araşdırmalardan sonra qadının 2014-cü ildə dünyaya gələn övladının azyaşlıdan olduğu aşkarlanıb.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

Emin
Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/795450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR