ANS PRESS-in məlumatına görə, "Daha bir nağıl" devizi ilə yayımlanan "Maşın" şounun tarixində az təsadüf edilən addımlardan birini atan müğənni Elçin Hüseynov özünün getməsi üçün niyə səs istədiyini açıqlayıb.
“Hər şey çox gözəldir. Oyun belə olmalıdır. Mən sadəcə olaraq dostlarıma qarşı heç zaman oyun oynamamışam və həqiqətən də bir neçə gündən sonra dostlar üz-üzə qala bilərdi deyə, mən bu şounu tərk etdim”, – deyə müğənni E.Hüseynov “Şou-Biz” verilişinə açıqlamasında bildirib.
SMS səsverməsinə çıxarılan E.Hüseynov sonda 62.76% səs yığsa da, heç kimin adını çəkməyərək özü gedib.
Şouda iştirakını davam etdirənlər əməkdar artistlər Abbas Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.
Qeyd edək ki, veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır.
Mənbə
ANS PRESS