Mədəniyyət və Turizm Nazirliyi TÜRSAB-la birgə tədbiri keçirəcək

16:13 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 22-də İstanbulda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin nüfuzlu turizm təşkilatı TÜRSAB-la birgə tədbir keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirdə çərçivəsində Azərbaycan və Türkiyənin turizm şirkətlərinin və mehmanxanalarının 100 nəfərə yaxın nümayəndələrinin iştirakı ilə təqdimat və ikitərəfli biznes görüşlər təşkil olunacaq.
Qeyd edək ki, Türkiyənin turizm şirkətləri, mehmanxanalar və muzeyləri özündə birləşdirən TURSAB turizm təşkilatının artıq 9000-dən çox üzvü var. Təşkilatın uzun müddətdir Azərbaycanla sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_Turizm_Nazirliyi_TURSAB_la_birge_tedbiri_kechirecek-825313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR