Təmkin Xəlilzadə: “Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm”

"Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində, ona fikirlərimi normal tərzdə çatdırmaq istədim”.

Metbuat.az bildirir ki, bunu Azərbaycan milli komandasının və “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə öz “instagram” səhifəsində yazıb.

Azərbaycan Premyer Liqasının VIII turunun “Keşlə” ilə oyunundan sonra baş hakim Kamal Umudlunun üstünə hücum çəkən futbolçu səhv hərəkətə yol verdiyini etiraf edib: “Ola bilər ki, bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Yaxşı anlayıram ki, milli komandanın və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm”.

T.Xəlilzadə bu hadisənin yaşanmamalı olduğunu qənaətindədir: “Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Belə bir məqamda bu hadisə kaş olmayaydı”.

Qeyd edək ki, “Keşlə” - “Sabah” matçı 1:1 hesabı ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR