Azərbaycan futbolunda daha bir şok - Bu klub danışılmış oyunlarda iştirak edib

Azərbaycan futbolunda daha bir şok - Bu klub danışılmış oyunlarda iştirak edib
19:37 21 Oktyabr 2019
182 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "danışılmış oyunlar"a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Milli.Az AFFA-ya istinadən xəbər verir ki, I Divizionda çıxış edən "Ağsu" Futbol Klubunun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları - Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.

Qeyd: AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR