Rusiya Taxıl İttifaqının vitse-prezidenti: Azərbaycan regionlararası taxıl logistikasında xüsusi yer tutur

Rusiya Taxıl İttifaqının vitse-prezidenti: Azərbaycan regionlararası taxıl logistikasında xüsusi yer tutur
12:08 23 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycanın regionlararası taxıl logistikasında rolu müstəsnadır.

Trend-in məlumatına görə, bunu Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın unikal coğrafi mövqeyi ona geniş tranzit potensialı təqdim edir və ölkəni beynəlxalq taxıl ticarəti dövriyyəsində vacib iştirakçıya çevirir:

“Beynəlxalq təşkilatlar Azərbaycanı gah Şərqi Avropaya, gah Mərkəzi Asiyaya, gah da Yaxın Şərqə aid edir. Azərbaycan bu üç regionla eyni anda əməkdaşlıq etməklə digər ölkələrin maraqlarını təmsil edə və məhsulların tranzitini təmin edə bilər. Bu, müstəsna roldur və Azərbaycan hökumətinin gördüyü iş onu göstərir ki, ölkə bunun öhdəsindən gəlir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3137611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR