YPG-ni Türkiyənin qarşısına Rusiya və ABŞ çıxarıb? - Ərdoğan xəyanətin detallarını belə üzə çıxardı

YPG-ni Türkiyənin qarşısına Rusiya və ABŞ çıxarıb? - Ərdoğan xəyanətin detallarını belə üzə çıxardı
20:13 24 Oktyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

“Bir şeyə üzülürük. O nədir, bilirsinizmi? Nəhəng ölkələrin liderləri terrorçuların liderlərini yanların aparır, onlarla masaya oturur, onlarla problemi həll etməyə çalışırlar. Bu necə işdir? Belə bir şey ola bilərmi?”

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Prezident bildirib ki, terrorçunu həmkar olaraq qarşılarına gətirəndə terrorla mübarizə olmur: “Beynəlxalq terrorla mübarizə toplantılarını niyə keçirirsiniz? Bunlara qonorar verirsiniz, şıltaqlaşdırırsınız. Azdırırsınız. Onsuz da, belə edə-edə bu iş buraya qədər gəldi. Biz də deyirik ki, verilən vədlərin yerinə yetirilməməsi təqdirində planlarımızı öz imkanlarımızla həyata keçirəcəyik”.

Qeyd edək ki, PKK lideri Abdullah Öcalanın “mənəvi oğlum” adlandırdığı Suriya Demokratik Qüvvələrinin komandiri “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin Rusiya Müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimov ilə telekonfransa qatılmışdı. Görüş Soçi memorandumunun imzalanmasından sonra həyata keçirilmişdi. Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Məzlum Kobaniyə xidmətlərinə görə təşəkkür etmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/294063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı