Bakı. Trend:

Nepal Federativ Demokratik Respublikasının Baş Naziri Khadqa Prasad Şarma Oli Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Nepalın Baş Nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin