Hollandiyada yaşayan 66 yaşlı bir adam birlikdə yaşadığı 91 yaşlı anasını 2013-cü ilin iyul ayında itirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Anasının pensiyası kəsildikdə aylıq gəlirinin azalacağını düşünən adam anasının ölümündən heç kimə bəhs etməyib. Növbəti gün anasının cansız bədənini hava keçirməyəcək bir şəkildə plastik folqaya saran hollandiyalı adam cəsədi bir tabuta yerləşdirib. Tabutu anasının yataq otağına qoyan adam qoxunun qarşısını almaq üçün gecələr pencərəni açıq qoyur və bol miqdarda qoxunu aradan qaldıran kosmetik vasitə istifadə edib.

Tabut 2.5 il sonra il sonra ətrafdakı sakinlərin marağı sayəsində tapılıb. Hollandiyalı adam bu müddət ərzində anasının adına cəmi 72 min 800 avro pensiya alıb.

Məhkəmə adamın "planlı şəkildə saxtakarlıq, ölü bədənə və onunla vidalaşmaq istəyən yaxınlarına qarşı hörmətsizlik" etdiyinə və 10 ay həbs cəzasına qərar verib. Bundan başqa adamın təqaüd sığortasına, haqsız şəkildə əldə etdiyi 15 min 500 avronu geri ödəməsinə qərarlaşdırıb.

Adam anasının ölümündən sonra sosial yardıma möhtac qalmamaq üçün bu yolla əl atdığını deyib. O, ölmədən əvvəl bu mövzunu anasına deyərək onun razılığını aldığını da bildirib.