Almaniyanın şimal-şərqindəki Viethagen qəsəbəsindəki bir restoranda təşkil olunan cənazə mərasiminə gələn insanların yedikləri şirniyyatlar səbəbilə baş dönməsi yaşadığı açıqlanıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Viethagen polis idarəsinin başlatdığı araşdırmada restoran sahibinin qızından mərasim üçün şirniyyat hazırlanmasını istədiyi məlum olub.
18 yaşlı qız bu şirniyyatlarla yanaşı içində narkotik maddə olan başqa bir şirniyyat da bişirib. Qızın anası səhvən içində narkotik maddə olan bu şirniyyatı restorana aparıb.
Almaniyada cənazə mərasimlərindən sonra qonaqlara şirniyyat və qəhvə təqdim olunur. Avqust ayında baş verən bu hadisə cənazə sahibinə hörmət göstərmək məqsədilə ictimaiyyətə yeni açıqlanıb.
https://metbuat.az/news/1281723/12-yasinda-universitete-qebul-olan-usaq.html