Bakı, 15 may, AZƏRTAC
Aprelin 1-dək Azərbaycanın maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, verilmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artıb. Onun 77,8 faizi və ya 16 milyard manatı uzunmüddətli olub, kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib.