“Express Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Express Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib
18:12 1 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“Express Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
“Report” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 18% və yaxud 24,712 milyon manat azaldılaraq 137,257 milyon manatdan 112,545 milyon manata endirilməsindən sonra baş verib.
Beləliklə, indiyə qədər “Express Bank”ın səhmlərinin 40%-nə nəzarət edən “Azenco Group” MMC payını 48,8%-ə, “Enerqoservis” MMC payını 17,7%-dən 21,6%-ə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti isə payını 0,3%-dən 0,4%-ə çatdırıb.
Əvəzində digər səhmdarlar - Hikmət Xammədovun payı 25%-dən 19,5%-ə, Hafiz Seyidovun payı isə 17%-dən 9,8%-ə düşüb. Göründüyü kimi, Bankın fiziki şəxs səhmdarları nizamnamə kapitalındakı paylarının bir hissəsini geri götürüblər.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/express-bank-in-sehmdarlarinin-pay-bolgusu-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR