"Bağdadi ABŞ-ın öz tapıntısı idi" -

Rusiyanın "Rossiya 24" kanalarına danışan Xarici İşlər naziri Sergey Lavrov İŞİD-in keçmiş lideri Bağdadinin ölümü ilə bağlı açıqlamalar verib.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, Lavrov hadisə ilə bağlı bunları deyb:

"Bağdadi ABŞ-ın öz tapıntısı idi. Müdafiə Nazirliyimiz Bağdadi ilə bağlı açıqlama yayıb. Bu mövzuda daha çox məlumat almaq istəyirik. Ordumuz əlavə məlumat tapmaq üçün çalışır və ABŞ-ın dediklərinin çoxunu hələ də təsdiq edə bilmirlər. İŞİD İraqda qanunsuz bir işğalın, İraq dövlətinin çökməsinin və amerikalıların həbsxanalardakı məhkumları sərbəst buraxmasından sonra yüksəldi. Dolayı yolla amerikalılar doğuşunu təmin etdikləri birini öldürmüş oldular, əgər həqiqətən öldürüblərsə".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR